Saakaşvili dərhal həbsdən azad edilərək müalicə edilməlidir – “Empatiya” Mərkəzi

“Mixeil Saakaşvili dərhal həbsdən azad edilməli və diaqnostika və müalicə üçün təcili olaraq ABŞ və ya Aİ-nin üçüncü dərəcəli multidissiplinar universitet klinikasına köçürülməlidir.”

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bunu Gürcüstanın “Empatiya” Mərkəzi Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin səhhətini ilə bağlı hesabatında dərc edib.

Mərkəzə görə, istənilən əlavə stress faktoru, hətta sadəcə həbs də daxil olmaqla, sağlamlıq vəziyyətinin pisləşməsinə səbəb olur.

“Belə psixi və nevroloji status və vəziyyətlə Mixeil Saakaşvilinin həbsi qəbuledilməzdir və beynəlxalq azadlıqdan məhrumetmə standartları ilə bir araya sığmır. Onun psixi sağlamlığının vəziyyəti, əzələ-hərəkət sistemi və ya həzm sisteminin nevroloji, psixi və ya digər pozğunluqlar həbs cəzası ilə bir araya sığmır.”, -deyə “Empatiya” Mərkəzi bildirir.