Rusiyalı general Suriyada kürd separatçılarının başçısı ilə görüşüb

 Rusiyanın Suriyadakı hərbi qüvvələrinin komandanı separatçı kürd birləşmələrinin başçılıq etdiyi “Suriya Demokratik Qüvvələri”nin rəhbəri ilə görüşüb.

Operativtv.com SalamNews-a istinadən bu barədə əl-Məyadin telekanalınından xəbər verir.

Bildirilib ki, Rusiyanın Suriyadakı hərbi qüvvələrinin komandanı general-polkovnik Aleksandr Çayko ilə ABŞ-ın dəstəklədiyi "Suriya Demokratik Qüvvələri"nin başçısı Məzlum Əbdi arasında görüş baş tutub.

Məlumata görə bu görüş Suriyanın şimal-şərqində Həsəka əyalətində baş tutub.

Bu görüş Türkiyənin Suriyanın şimalında quru əməliyyata başlamaq planı fonunda keçirilib. 

Əl-Məyadin telekanalının yerli mənbələrə istinadən verdiyi məlumata görə, tərəflər bu görüşdə Türkiyənin Suriyanın şimalında mümkün hərbi əməliyyatının qarşısının alınması istiqamətində fikir mübadiləsi aparıblar.