Rusiya və Suriya Türkiyənin mümkün əməliyyatı fonunda Hələbə əlavə hərbi qüvvə ezam ediblər

Türkiyə Ordusunun separatçı kürd birləşmələrinə qarşı mümkün quru əməliyyatı fonunda Rusiya və Suriya hökuməti tərəfindən Hələbə əlavə hərbi qüvvələr ezam edilib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Suriya Ərəb Ordusu təmas xəttlərinə əlavə qüvvələr göndərərkən, Rusiya qüvvələri də Hələbin şərq ərazilərində “SDQ”nin yerləşdiyi ərazilər daxilində xüsusilə Təll-Cican kəndində yeni hərbi məntəqə yaradıb.

Qeyd edək ki, Türkiyə, separatçı kürd birləşmələri olan YPG-nin, habelə separatçıların rəhbərlik etdiyi “Suriya Demokratik Qüvvələri”nin sərhəddən 30 km geri çəkilməsini tələb edir. Lakin ABŞ-ın dəstəklədiyi kürd birləşmələri Türkiyənin şərtlərini qəbul etməyib. Məlumata görə, Türkiyə Rusiya tərəfinin şərtlərini də qəbul etməyib.