“Rusiya qazına qarşı sanksiyalar Macarıstan üçün faciəvi olacaq”

Rusiya qazı və nüvə energetikasına qarşı sanksiyalarının Macarıstan üçün faciəvi nəticələri olacaq, bu səbəbdən də Macarıstan buna yol verməməyə çalışacaq.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.

Macarıstan üçün bunun faciəvi nəticələri olacaq, buna görə də biz belə bir qərardan azad edilməliyik“, – deyə o qeyd edib.

Orban deyib ki, rəsmi Budapeşt “öz maraqlarının qorunması uğrunda mübarizə” aparacaq.

Xatırladaq ki, o, daha öncə bəyan etmişdi ki, Avropa İttifaqının (Aİ) anti-Rusiya sanksiyaları öz məqsədlərinə çatmır və yalnız-yalnız Avropa iqtisadiyyatını zəiflədir.