Ərdoğan: Suriyada anti-terror əməliyyatları davam etdiriləcək

Suriyada aparılan anti-terror əməliyyatları davam etdiriləcək.

Operativtv.com APA-nın İstanbul müxbirinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Kobanidə, İdlibdə lazım olan bütün addımları atırıq və bunu davam etdirəcəyik. Türkiyə artıq onlar üçün düşündükləri kimi "bərəkətli" bir yer deyil. Bura daxil olmağa çalışdıqları zaman boğulacaqları bir yerdir. Artıq bütün silah-sursatını özü istehsal edən bir Türkiyə var”, - Ərdoğan qeyd edib.