Radikal yəhudi mühacirlər Qüdsdə kilsəyə hücum etdi

üds şəhərinin şərq hissəsində 2 yəhudi mühacir tarixi Müqəddəs Məryəm kilsəsinə hücum edib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə kilsəsin mühafizəçisi Bilal Əbu Nəab məlumat verib.

O deyib ki, iki yəhudi mühacir başlarındakı kipalarını çıxararaq və əllərində kisələrlə adıçəkilən kilsəyə daxil olub.

Nəabın sözlərinə görə, bu barədə ona həmin iki şəxsi çatdıran taksinin sürücüsü bildirib.

Canilərdən biri qapını tutub, digəri isə dəmir parçası ilə kilsədəkilərə hücum edib.

Kilsədəki xristianlardan biri xəsarət alıb, digərləri isə hücum edən cinayətkarı zərərsizləşdiriblər.

İkinci cani isə qaçmaq istəyərkən taksi sürücüsü tərəfindən tutulub.

Nəab deyir ki, İsrail polisi hadisə yerinə gec gəlib və digər cinayətkar bu zaman ərzində qaça bilib.

Kilsə mühafizəçisi qeyd edib ki, hücum edən 2 şəxs yəhudi dilində təhqiramiz ifadələr işlədiblər.