Peskov: Kreml Putin, Əliyev və Paşinyan arasında görüş planlaşdırmır

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Rusiyada görüş planlaşdırılmır. 

Operativtv.com SalamNews-a istinadla xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib. 

"Yaxın gələcəkdə yox", deyə Peskov müvafiq sualı cavablandırarkən deyib. 

Eyni zamanda, Peskov bildirib ki, Moskvanın Bakı ilə İrəvan arasında münasibətlərin tezliklə normallaşması üzərində işləməkdə davam edir.