Pakistanda terrorçuların hücumu nəticəsində 3 polis ölüb

Pakistanın Hayber-Paxtunxva əyalətində terrorçuların polis maşınına hücumu nəticəsində 3 polis ölüb.

Operativtv.com APA-ya istinadən verdiyi xəbərə görə, əyalətdə əməliyyata başlanıb, hadisə ilə bağlı araşdırma aparılır.

Pakistan Taliban Hərəkatı baş verən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.