Həbsdə olan tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov 1 il müddətinə Umbakı qəsəbəsindəki qapalı rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb.
Bu barədə "Toplum TV"-yə ictimai fəal Əmrah Təhməzov məlumat verib.
Onun sözlərinə görə, dekabrın 1-də B.Səmədovun saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsində qapalı məhkəmə prosesi keçirilib. Fəalın yaxınları prosesdə iştirak edə bilməyib.
Məhkəmə cəzaçəkmə müəssisəsinin rəhbərliyinin vəsatəti əsasında B.Səmədovun 1 illik Umbakı Penitensiar Kompleksinə köçürülməsinə qərar verib.
Müdafiə tərəfinin qərardan apellyasiya şikayəti verəcəyi bildirilir.
B.Səmədovun yeganə ailə üzvü, 82 yaşlı nənəsi Zibeydə Osmanova daha öncə bildirib ki, Umbakıya gedib-gəlmək onun yaşı və səhhəti üçün əlverişli deyil. O, həmçinin, nəvəsinin günahsız olduğunu və azadlığa çıxmalı olduğunu deyir.
Yaxınları xatırladır ki, B. Səmədov həbsdə iki dəfə intihara cəhd edib və hər dəfə son anda xilas olunub.
Baş verənlərlə bağlı Penitensiar Xidmət hələlik açıqlama verməyib.
Çexiyanın Karlov Universitetinin doktorantı olan Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.
O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Sülh fəalı dövlətə xəyanətdə ittiham olunur.
Cinayət işində iddia edilir ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.
Bəhruz Səmədov məhkəmələrin birində bildirib ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülhü müdafiə edib. O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların həlak olmasına qarşı olduğunu vurğulayıb.
Bəhruz Səmədov 1 illik Umbakıdakı qapalı tipli həbsxanaya köçürülüb