İsveç Baş Prokurorluğu Quranı yandırmaqda təqsirləndirilən iki nəfərə qarşı cinayət işi açıb.
Bu barədə İsveç Baş Prokurorluq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
İttihama görə, bu iki şəxs “etnik qrupa qarşı zorakılığa çağırış” maddəsi ilə cinayət törədiblər.
Qurumun bildirdiyinə görə, 2023-cü ilin yayında təqsirləndirilən şəxs Stokholmda Quranı 4 yerdə yandırıb.
İki insident Södermalm rayonundakı məsciddə, üçüncü hadisə Rinkebyplan miqrant gettosunda, sonuncusu isə Benni Fredriksson meydanında baş verib.
Sveriges Radio-nun məlumatına görə, iraqlı miqrantlar Salvan Momika və Salvan Najemə qarşı ittihamlar irəli sürülüb. Onlar müsəlmanların müqəddəs kitabını ilk dəfə 2023-cü il iyunun 28-də, müsəlmanlar Qurban bayramını qeyd edərkən yandırıblar.
İraq Xarici İşlər Nazirliyi İsveçi Momikanı ekstradisiya etməyə çağırıb. 2023-cü ilin payızında TV4 miqrasiya xidmətinə istinadən xəbər vermişdi ki, Momikanın yaşayış icazəsi uzadılmayıb, deportasiya olunacaq.
Az.shafaqna.com
İsveçdə Quranı yandıran şəxslərə qarşı cinayət işi açıldı