Livan Hizbullah Hərəkatının Baş katibi çıxışı zamanı hərəkatın bu gün (bazar günü) sionist rejimə qarşı geniş əməliyyatının təfərrüatlarını açıqlayıb və onu “Ərbəin günü əməliyyatlar” adlandırıb.
Seyid Həsən Nəsrullah bununla bağlı deyib: “Düşmən cənub ətrafına hücum edərək Fuad Şükür və bir neçə mülki vətəndaşı şəhid etməklə gərginliyin artmasının əsas səbəbkarı oldu. Əməliyyat Ərbəin günü ilə eyni vaxtda olduğundan, bu əməliyyat həm də “Ərbəin günü əməliyyatı” adlandırıldı.”
Hizbullah lideri əlavə edib: “Əvvəl də dediyimiz kimi cavabın gecikdirilməsi sionist düşmənin cəzasının bir hissəsidir. Digər amil isə atəşkəs danışıqları və sionistlərə necə cavab veriləcəyi ilə bağlı fikir mübadiləsi idi. Danışıqlar üçün kifayət qədər vaxtımız var. Çünki bu cəbhənin və onun fədakarlıqlarının məqsədi Qəzzəyə qarşı müharibəni dayandırmaqdır.”
Seyid Həsən Nəsrullah çıxışının davamında deyib: “Nəhayət, müqavimət oxunun hər bir qrupunun ayrı-ayrılıqda hərəkət etməsi qərara alındı və hücumun vaxtı fərqlidir. Livanda mülki şəxslərin hədəfə alınmasına baxmayaraq, biz infrastrukturları və mülki insanları hədəf almamağa qərar verdik, hərbi məkana hücum etdik.”
Hizbullah Hərəkatının lideri həmçinin deyib: “Düşmənin gizlətməsinə baxmayaraq, əməliyyatlarımız nəticəsində baş verənlərin həqiqətini zaman üzə çıxaracaq. Əldə etdiyimiz məlumata görə, bir sıra pilotsuz təyyarələr hədəflərini vurub, lakin düşmən bununla bağlı susmağa üstünlük verib. Düşmənin danışıdıqları yalanla doludur. Özünü regionun ən güclüsü hesab edən İsrail zəifliyinə görə yalana əl atır.”
O, çıxışının digər hissəsində deyib: “Nahariya, Əkka və digər bölgələrdə itkilər, əgər baş vermişsə, İsrailin izləyici raketləri səbəbindən baş verib. İsrail bizim strateji raketlərimizi məhv etməkdən danışanda yalan danışdı. Çünki biz onlardan istifadə etməmişik, amma gələcəkdə onlardan istifadə edə bilərik.”
Livan Hizbullah Hərəkatının lideri vurğulayıb: “Planlaşdırdığımız əməliyyat üzrə etmək istədiyimiz hər şey baş verdi. Bir müddət əvvəl biz bütün dərələrdən dəqiq və ballistik raketləri çıxardıq. Bu gün düşmənin bombaladığı boş dərələr idi. Düşmənin Təl-Əvivi hədəf almağa hazırlanmış ballistik raketləri hədəfə alması ilə bağlı iddiaları da yalandır.”
Hizbullah lideri qeyd edib ki, pilotsuz təyyarələrin buraxılış meydançaları vurulmayıb və İsrailin hücumları yalnız iki raket buraxılış platformasını vurub.
Seyid Həsən Nəsrullah bildirib: “Raketlər buraxıldıqdan sonra bir neçə platforma hədəfə alındı və bu təbiidir. Bizdə minlərlə belə platforma var. Əməliyyatımıza yarım saat qalmış düşmənin hücumlarının şahidi olduq. Onlar hazırlıq rejimində idilər. İsrailin və qərbin bütün texniki gücləri onların əlindədir.”
Seyid Həsən Nəsrullah: Bugünkü geniş əməliyyatı “Ərbəin günü əməliyyatı” adlandırırıq
Seyid Həsən Nəsrullah: “Bugünkü geniş əməliyyatı "Ərbəin günü əməliyyatı" adlandırırıq.”