Azərbaycanın müstəqil nəşri “Abzas Media” korrupsiya ilə bağlı qətiyyətli və sistemli araşdırmalarına görə 2024-cü il «Free Media Awards» mükafatına layiq görülüb.
Norveç və Almaniyada fəaliyyət göstərən “The Fritt Ord Foundation” və “ZEIT Stiftung Bucerius” fondları tərəfindən verilən bu mükafat, əsasən, post-sovet məkanında təhdidlərə baxmayaraq, fəaliyyətinə davam edən müstəqil jurnalistlərə və media qurumlarına təqdim olunur.
“Abzas Media” saytı hökumət üzvlərinin korrupsiya fəaliyyəti ilə bağlı aparılan araşdırmalar sayəsində tanınıb, deyə müsabiqə təşkilatçılarının bəyanatında deyilir. Bundan əlavə, nəşr Azərbaycanda insan hüquqlarının pozulması faktlarını araşdırıb.
“Abzas Media” “Buserius” Fondunun beynəlxalq mükafatına layiq görülüb