Yəmən Silahlı Qüvvələrinin zərbələri qarşısında ABŞ öz gəmiləri ilə birlikdə Qırmızı dənizdən qaçdı, sionist İsrail rejiminin Yəmənin cənubunda Hüdeydə limanına son hərbi təcavüzü isə cavabsız qalmayacaq.
Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə Yəmənin xarici işlər naziri Camal Amir bildirib.
O deyib ki, sionist rejimin hərbi təcavüzü və onun taktikasına cavab məsələsi Yəmənin rəhbərliyi və hərbi sektoruna aiddi.
“Hər bir halda, sionist rejimin Hüdeydə limanına qarşı qorxaq və mənfur hərbi təcavüzünə cavab veriləcək”, - deyə o qeyd edib.
Nazir əlavə edib ki, "Amerika öz gəmiləri ilə Qırmızı dənizdən qaçdı və hazırda alternativ bölgələr axtarır. Qarşıdurmanın ilk günündən ABŞ-ın çaşqınlığı aydın görünürdü".
Yəmən: ABŞ öz gəmiləri ilə Qırmızı dənizdən qaçdı