ABŞ-da Fələstinə dəstək nümayişi

ABŞ-ın Çikaqo şəhərində toplaşan yüzlərlə insan İsrailə silah daşınmasının dayandırılmasını tələb edib.

“Qəzzada soyqırıma son verin, Qəzzanı dəstəkləyirik” yazılı plakatlar daşıyan etirazçılar İsrailin baş naziri Binyamin Netanyahunu Qəzza zolağının sakinlərinə qarşı soyqırım törətməkdə və ABŞ prezidenti Co Baydeni bu cinayətə yardım etməkdə ittiham ediblər.

Etirazçılar Çikaqonun əsas küçələrindən biri ilə Miçiqan gölünün sahilindəki Qrand Parka qədər yürüş ediblər. Aktivistlərin təhlükəsizliyini təmin edən polis qrupları Miçiqan prospekti yaxınlığındakı bir neçə küçəni bağlayıb.

Demokratik Milli Konvensiya bu gün Çikaqoda başlayır və cümə axşamına qədər davam edir. Konqres zamanı 40 min nümayişçinin toplanacağı gözlənilir. Bu rəqəmin 100 minə qədər arta biləcəyi təxmin edilir.