Associated Press (AP) xəbər agentliyinin verdiyi məlumata görə oktyabr ayından bəri İsrail ordusunun nəzarətində olan həbsxanalarda 36 fələstinli məhbus ölüb.
Hərbçilər heç bir açıqlama vermədən məhbuslardan bəzilərinin “davam edən hərbi əməliyyatlar nəticəsində əvvəllər xəstəlik və ya xəsarət aldığını” iddia edib.
Məhbuslardan beşinin yarılma hesabatlarına görə, ikisində qabırğaların sınması kimi fiziki travma əlamətləri var idi, üçüncünün isə “tibbi ehtiyacları üçün daha çox qayğı göstərilsəydi” ölümünün qarşısını almaq olardı.
Hesabatları AP-yə həkimləri yarılmaları müşahidə edən İsrailin İnsan Hüquqları üzrə Həkimlər təşkilatı təqdim edib.
Fələstinli məhbusların hüquqlarının müdafiəsi qrupları, İsrail rəsmilərinin Qəzzadan olan onlarla məhbusun harada olduğunu müəyyən etmədiyi və ya məlumat vermədiyi üçün həbsdə ölənlərin sayının daha çox olduğunu deyir. Qruplar həmçinin bildirirlər ki, hazırda İsrail həbsxanalarında 10 mindən çox adam saxlanılır.
Meydan TV
İsrail ordusunun nəzarətində olan həbsxanalarda 36 fələstinli məhbus ölüb