İsrail rejim Əl-Əqsa imamının Məscidül-Əqsaya girişini qadağan etdi

İsrail qüvvələri Qüds və Fələstinin keçmiş müftisi və Əl-Əqsa məscidinin imamı Şeyx İkrimə Səbrinin Əl-Əqsa məscidinə daxil olmasına 6 aylıq qadağa qoyub.

Şeyx Səbrinin vəkili Halit Zabarka verdiyi açıqlamada İsrail qüvvələrinin Şeyx Səbrinin 6 ay müddətində Məscidül-Əqsaya girişini qadağan etmək qərarına gəldiyini bildirib.

Şeyx Səbrinin qanuna zidd hərəkət etmədiyinə diqqət çəkən Zabarka, İsrail qüvvələrinin bu qərarı yüksələn ifrat sağçıların tələbi ilə aldığını vurğuladı.

Belə bir qərarın verilməsinin heç bir hüquqi əsasının olmadığını və bunun fanatik yəhudilərin təşviqi ilə alınan bir qərar olduğunu vurğulayan Zabarka, bu qərarın ibadət azadlığına, Məscidül-Əqsanın müqəddəsliyinə və Haşimi Vəliliyinə zidd olduğunu bildirib.