Nardaran hadisəsindən 7 il ötdü-VİDEO

Nardaran hadisəsi daha bir ili geridə qoydu 
Bu hadisəyə günümüzdə hələ də blokada həyatı yaşayan Nardaran kəndinin ətrafını polis sədləri almış yeddi illik bir tarixi çevirərək geridönüş edirik: 2015-ci il, 26 noyabr. Bu tarix bir zamanlar saxta iddiaların məngənəsində haqsız öldürülənlərin naləsi, yaralıların ölüm-dirim savaşında həyati mücadiləsi və həbs olunanların işgəncə altında günahsız halda sıxılarkən ötən illər bu hadisəni qismən də olsa aydınlatdı. Hər bir vərəqi yalançı ittihamlarla bəzədilən Nardaran olayının hələ hadisədən öncə efir şouları məzhəkənin həcminin necə böyük olacağına sübut idi. 
26 noyabrdan başlanan amansız reperessiyalar təkcə Tale Bağırzadə deyil, ölkənin dini düşüncəsində zərbə olaraq qorxu mühitinin formalaşdırılmasına hesablanmış düşmən layihəsi idi. Elə bir layihə ki, cəmiyyətin inanclısına stimul olan Nardaran kəndinə də zərbə endirməklə ölkənin inanclılarını əsarət altına alacaqdı. 
Danışan qüdrətli ilahiyyatçı, ruhu azadlıq çağırışını məşər olaraq qaldıran Bağırzadə və ölkənin inancına həmişə ümid olaraq görünən mübarizə ocağı Nardaran! Bu iki nöqtə hakimiyyətin qarşısında elə bir maneə yaratmışdı ki, illər ötməsinə baxmayaraq, hələ də o Nardaran və Bağırzadə davranışında amansız mövqeyini dəyişmək istəmir. 
Nardaran hadisəsi ilkin dövrlərdə yaradılan yalançı tirajlamalar səbəbindən xalqın yanlış düşünməsinə zəmin oldu. Hər kəs bu hadisənin həqiqətini hakimiyyətin söylədiyi saxta ittihamlarda qəbul etməyə sankı məcbur idi. Sonralar bəzilərinin vəkillik fəaliyyətinə məcburi xitam verilən haqq carçılarının ləyaqətli mübarizəsi hər məhkəmədə səslənən ittihamların saxta əsasları üzərində qurulmasını tamamilə aşkara çıxardı. Beynəlxalq hüquq təşkilatları belə Nardaran işinin qurama olmasını, məhkəmələrin ortaya tutarlı sübut qoya bilməməsini söyləyərək Nardaran işini sifarişli iş olaraq səciyyələndirdi. Bu məzhəkədə həbs olunanları isə siyasi məhbus olaraq hüquq məktəbləri qeydə aldı. 
Xalqın həqiqəti görməsi üçün lazım olan isə zaman idi. Zaman bu hadisənin həqiqətən də hakimiyyətin cəmiyyətdə inanca qarşı reperessiv davranış, azad düşüncə və tənqidi fikirləri susdurmağa hesablanan addım oluğunu göstərəcəkdi. O zaman hətta bəzi inanclıların şübhələrinə səbəb olan bu olay sonralar onların ən yaxın çevrəsində hakim qüvvələrin qadağa və həbsini düz qapılrına qədər gətirib çıxaracaqdı. 
Əlbəttə, siyasi düşüncə dini qadağalarla bərabər, bütün hüquqların zamanla məhdudlaşdırılmasına hesablanmışdı ki, Nardaran olayı bu hadisənin məsum qurbanı idi. Bugün ölkənin az qala hər bir nöqtəsinin fəryadına səbəb olan uçurum dünənki şübhəli baxışlarını günün qurbanına çevirməklə sankı cəzalandırdı. Hələ də Nardaran heç bir qanun tanımayan postlar əhatəsindədir. Hər giriş-çıxış sənədlərin yoxlanılması, maşınlara silahlıların rəsmi təftişi ilə gerçəkləşir. Hələ də Nardaranda dörd məsum məzar üzərində xüsusi qadağa qoyularaq Nardaran qurbanlarının məzarına yaxınlaşmağa icazə verilmədən qalır. 
Bugün o hadisə - Nardaran olayı düz 7 ili arxada qoydu. Bir gün mütləq ədalətin təcəlla edəcəyinə ümidi və mübarizə ruhlu duruşu ilə.