Müqtəda Sədr: İraq xalqı kəfən geyərək Qəzzaya dəstək göstərməlidir

İraq Sədr hərəkatının lideri İraq xalqından kəfən geyinməyi və Qəzza xalqına dəstək üçün milyonluq nümayiş təşkil etməyi xahiş edib.

Əl Qüds əl Ərəbi yazıb: Sədr İraq xalqından gələn ay Bağdadın mərkəzindəki Təhrir meydanında Qəzzə xalqına dəstək nümayiş etdirmələrini istəyib.

Bu xəbərə əsasən, o, İraq xalqının görüntü və səslərinin bütün dünyaya çatması üçün bu nümayişdə kəfən geyinmələrini istəyib və əlavə edib: Belə bir hərəkət İraq xalqının Fələstin məsələsi ilə həmrəyliyinin əsl simasını əks etdirir.

İraqdakı Sədr hərəkatının və bu ölkənin milli şiə hərəkatının lideri verdiyi açıqlamada bunları bildirib: “Fəsis edənlər istisna olmaqla, hər təbəqədən və mənşədən olan bütün iraqlıları Qəzzə xalqına Rəbiül-əvvəl ayının 17-si Məhəmməd peyğəmbərin (s) mövludunda onlara dəstək olmaq üçün milyonluq nümayiş təşkil etməyə dəvət edirəm."

Sədr davam edib: “Mən Təhrir meydanında dinc nümayişlər keçirməyə və imkan daxilində kəfənlərdən istifadə etməyə çağırıram ki, sizin səsiniz və imiciniz bütün dünyaya çatsın. Ümid edirik ki, bu hərəkətə görə siz günahkar olmayacaqsınız. Bu hərəkət Allahı, Rəsulullahı, Əhli-beyti və bizim təqlid əhlimizin xoşuna gələcək”.