Məscidül-Həramda yaşıllaşdırma proqramı start götürdü

Müqəddəs Məkkə şəhərində yerləşən Məscidül-Həramın yaşıllaşdırılması üzrə proqrama start verilib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə hərəmin rəsmiləri məlumat veriblər.

Yaşıllaşdırma proqramı çərçivəsində Məscidül-Həram ərazisindəki məxsusən beton divarlar və sütunlar yaşıllıqlarla örtüləcək.

Qeyd edək ki, alimlər hesab edirlər ki, yaşıllaşdırma çərçivəsində əkinlər və bitki örtükləri daha çox kölgəyə səbəb olacaq və bu da istiliyi müəyyən qədər azaltmağa və nəticədə də zəvvarların qızmar istilər zamanı öz ziyarətlərini daha rahat yerinə yetirmələrinə kömək edəcək.