Mərakeşdə İsraillə normallaşma əleyhinə nümayiş keçirilib

Mərakeşin paytaxtı Rabatda parlament binası qarşısında onlarla insanın iştirakı ilə İsraillə normallaşma əleyhinə nümayiş keçirilib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Ərəb mediasının məlumatına görə, Mərakeşin Fələstin üzrə Milli İşçi Qrupunun paytaxt Rabatda parlament binası qarşısında təşkil etdiyi nümayişdə onlarla mərakeşli iştirak edib.

Nümayişçilər Təl-Əvivlə iqtisadi və ticari əməkdaşlığın inkişaf etdirilməsi qanununun təsdiqinə etiraz ediblər.

Nümayişçilər “Fələstin əmanətdir, normallaşma xəyanətdir”, “Mərakeş mənim azad vətənimdir və burada sionistlərə yer yoxdur”, “Normallaşmaya yox”, “Mərakeş və Fələstin bir millətdir” kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, BƏƏ, Bəhreyn, Sudan və Mərakeş 2020-ci ildə Təl-Əvivlə diplomatik münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər.