"Molla Nəsrəddin" lətifələrinin şifahi ənənəsi UNESCO-nun Dünya İrs siyahısına salınıb

"Molla Nəsrəddin" lətifələrinin şifahi ənənəsi UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib.

Operativtv.com Report-a istinadən təşkilatın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bu nominasiya UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında qəbul edilib.

Bu nominasiya Azərbaycan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan və Qazaxıstan tərəfindən irəli sürülüb.