MBH üzvünə cinayət işi açılıb

Noyabrın 23-də işdən evə qayıdan zaman avtobus dayanacağından naməlum şəxslər tərəfindən saxlanılan MBH üzvünün yeri məlum olub. Hərəkat üzvü Şahin Qədirov haqqında günlərdir ki, məlumat almağa çalışan ailə üzvüləri bu gün Ş. Qədirovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində olduğunu öyrənib. Operativtv.com-a verilən məlumata görə Şahinə cinayət məcəlləsinin 234.3.4-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) ilə cinayət işi açılıb. O, Nərimanov rayon məhkəməsi önünə çıxarılaraq barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilib.

MBH, inanclı Şahin Qədirovun həbsini hərəkata qarşı təxribat kimi qiymətləndirir və bu addımları hərəkata təzyiq olaraq dəyərləndirir.