Macarıstan İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləməsini təxirə salır

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban İsveç və Finlandiyanın NATO-ya üzvlüyü üçün tələb olunan parlament təsdiqinin 2023-cü ildə keçiriləcək ilk sessiyada alınacağını açıqlayıb. Jurnalistlərə verdiyi açıqlamada Macarıstanın hər iki ölkənin NATO üzvlüyünü dəstəklədiyini bildirən Orban, "Macarıstan Finlandiya və İsveçin NATO üzvlüyünü dəstəkləyir və parlament bunu gələn ilin ilk iclasında nəzərdən keçirəcək" deyib.

Xatırladaq ki, Macarıstan parlamentinin 2023-cü ildə ilk iclasının fevralda keçirilməsi planlaşdırılır. Macarıstan hökumət rəsmiləri əvvəlki açıqlamalarında İsveç və Finlandiyanın NATO üzvlüyü üçün tələb olunan parlament təsdiqinin 2022-ci ildə alınacağını bildirmişdilər.