Livan: İsrailin qatıldığı sərgidə iştirak etməyəcəyik!

"İsrail Hollandiyada keçirilən qədim əsərlər sərgisində iştirak etdiyi üçün Livan bu tədbirdə iştirak etməyəcək"

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bunu Livan hökumətinin mədəniyyət naziri Məhəmməd Visam deyib.

"Biz İsrailin beynəlxalq sərgilərdə iştirak edərək Livanla münasibətləri normallaşdırmaq cəhdinə qarşı mübarizə aparırıq", - livanlı nazir bildirib.