Əl-Zəhhar: İordan çayının qərb sahilində müqavimət davam etməlidir

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, HƏMAS hərəkatının siyasi bürosunun üzvü Mahmud əl-Zəhhar deyib: “Qüdsdə məskunlaşmaya etirazı ölümünə səbəb olan hər bir qəhrəmanın şəhadəti mütləq nəticə verəcək. İordan çayının qərb sahilində müqavimət davam edərsə, sionist işğalçıları torpaqlarımızı mütləq tərk edəcəklər. İordan çayının qərb sahilində baş verənlər, Qəzzanı tərk etməzdən əvvəl baş verənlərlə eynidir. Məscidül-Əqsa gələcək müharibənin adıdır və İordan çayının qərb sahilində müqavimət gücləndikcə, işğal rejimi özünü getdikcə daha çox məhv edilmiş hiss edəcək. İordan çayının qərb sahilində sionist mühacirlərin hədəf alınmasının sionist rejim kabinetinə böyük təsiri var və müqavimət liderlərinin öldürülməsi heç vaxt müqavimətin köklərinə təsir etməyəcək. Qüds ərəblərin və müsəlmanların əsas narahatçılığıdır və İordan çayının qərb sahilində müqavimət getdikcə artır”.