KİV: İsrail xaricdə olan Mossad rəhbərlərinin təhlükəsizliyini artırır

İsrail Mossad-ın xaricdəki yüksək vəzifəli məmurlarının hədəf alınacağından ehtiyatlanaraq onların təhlükəsizliyini gücləndirir.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Təl-Əviv keçmiş Mossad məmurlarına diqqəti çoxaltmaqla, xaricdə yaşayan yüksək səviyyəli İsrail təhlükəsizlik məmurlarının təhlükəsizliyini daha da artırır.

İsrailin baş naziri Yair Lapidin ofisinin məsələ ilə bağlı şərh verməməyi üstün tutduğunu bildirən "I24 News" telekanalına görə, bu addım İranla gərginlik və Mossad-a aid edilən bir sıra tədbirlər fonunda atılıb.

Qeyd edək ki, İranda ötən gün Suriyada İsrailin sui-qəsdinə məruz qalmış bir polkovnik rütbəli hərbçi dəfn edilib. Sepah generalları onun ölümünə görə intiqam vəd veriblər.