Kilian Mbappe Liqa 1-də 64 ildən sonra rekorda imza atıb

PSJ klubunun futbolçusu Kilian Mbappe Fransa Liqa 1-in tarixinə düşüb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, 25 yaşlı hücumçu çempionatda 150 qol vuran ən gənc futbolçu adına sahib çıxıb.

Mbappe buna XXIV turda "Lill"ə 4:3 hesabı ilə qalib gəldikləri matçda dubl edib.

Fransa millisinin üzvü bunu 24 yaş iki aylıq olarkən bacarıb. Mbappe 1959-cu ildə 26 yaş iki ayında 150-ci qolunu vuran Jyust Fontenin rekordunu qırıb.

Qeyd edək ki, Kilian Mbappe cari mövsüm bütün turnirlərdə PSJ-nin heyətində 28 oyuna çıxıb, 27 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.