Kabildə məsciddə partlayış törədilib, ölənlər var

 Kabilin Altıncı mikrorayonunda “İman” adlı məsciddə partlayış törədilib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələri məlumat veriblər.

Bildirilib ki, bu gün günorta saatlarında Kabilin “İman” məscidində törədilən partlyışda ölən və yaralananlar var.

Taliban hələ bu barədə açıqlama verməyib.

Məlumata görə partlayışın olduğu məscid Gülbəddin Hikmətyarın rəhbərlik etdiyi “İslam Partiyası” üzvlərin gedib gəldiyi məsciddir.