İsraildən silah almaq üçün Ukraynadan Təl-Əvivə yüksək rütbəli nümayəndə heyəti gedib

 KİV-lər Ukraynanın yüksək rütbəli hərbi heyətinin İsrailə səfərini açıqlayıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin general-mayor rütbəli zabitinin başçılıq etdiyi yüksək rütbəli Ukrayna nümayəndə heyəti İsrail ordusunun rəhbərliyi ilə bir sıra görüşlər keçirmək üçün Təl-Əvivə gəlib.

Bu barədə İsrailin “Keshet” telekanalının jurnalisti Moriah Assaf Volberq özünün “Twitter” səhifəsində məlumat yayaraq bildirib ki, İsrail tərəfinin xahişi ilə səfər barədə rəsmi məlumat verilməyib.

Əlavə edilib ki, səfərin məqsədi Ukrayna üçün radar və hava hücumundan müdafiə sistemlərinin inkişaf etdirilməsidir.

Həmçinin mənbələr bildirirlər ki, İsrail rəsmiləri Ukraynaya silah verməmək siyasətini hələ ki dəyişməyiblər.