İŞİD-in İranda əməliyyatı: 14 terrorçu tutulub

İranın Kəşfiyyat Nazirliyi ölkənin Fars, Xuzistan, Əlborz və Tehran əyalətlərində həyata keçirilən əməliyyatlarda İŞİD terror təşkilatının Xorasan qoluna aid 14 terrorçunun ələ keçirildiyini bildirib.

Kəşfiyyat Nazirliyindən verilən yazılı açıqlamada, Fars əyalətində 7, Tehran, Əlborz və Xuzistan əyalətlərində isə ümumilikdə 7 terrorçunun həbs edildiyi bildirilib.

Açıqlamada saxlanılan terrorçuların son günlər terror aktı törətmək məqsədi ilə ölkə ərazisinə soxulduğu bildirilib.

Son bir ayda Kəşfiyyat Nazirliyi terrorla mübarizə bölməsinin mayın 21-dən iyulun 5-dək terrorçulara qarşı 79 uğurlu əməliyyat keçirdiyini bildirib.

Bildirilib ki, bu əməliyyatlar Tehran, Əlburz, Qəzvin, Xorasan Razevi, Fars, Sistan-Bəlucistan, Hörmüzqan və Buşəhr əyalətlərində həyata keçirilib.

Açıqlamada İranın Kirman şəhərində 3 yanvar 2024-cü ildə 97 nəfərin şəhid olduğu terror aktını planlaşdıran Abdulla Küveytin ələ keçirildiyi bildirilib.