İŞİD-in İmamzadədə qətliam törətməsindən sonra İranda matəm elan edilib

 Onlarla zəvvarın ölümü və yaralanması ilə nəticələnən hücuma görə İranın Fars əyalətində üç gün matəm elan edilib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İranın Fars əyaləti Ostandarlığından məlumat verilib.

Bildirilib ki, İŞİD-in Şirazda İmamzadə Əhməd bin Musa Kazimin (ə) (Şahçırağ) ziyarətgahında törətdiyi cinayətdə 15 nəfərin ölümü ilə bağlı əyalətdə üç günlük matən elan edilib.

Qeyd edək ki, bu hücumda daha 40 nəfər yaralanıb.

İran təhlükəsizlik qüvvələri hücum edən şəxsin ələ keçdiyini və onun kimliyinin araşdırıldığını bildirib.

İŞİD terror təşkilatı ötən gün bəyanat yayaraq, bu terror hücumunu üzərinə götürüb.