İraqın neftdən bir aylıq gəliri səkkiz milyardı keçib

 İraqda ötən ay neft gəlirlərində rekord rəqəm qeydə alınıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə ölkənin Neft Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son bir ayda ölkənin neft gəlirləri 8 milyard dollardan çox olub.

Nazirlik rəsmi açıqlamasında bildirib ki, İraqın "SOMO" Neft Marketinq Şirkətinin yaydığı ilkin statistik məlumatlara əsasən, xam neft ixracının ümumi həcmi 99,867,946 barel təşkil edib və onun dəyəri 8,2 milyard dollar olub.

Statistikalar göstərir ki, noyabr ayı üçün İraqın mərkəzi və cənubundakı neft yataqlarından ixrac edilən xam neftin ümumi həcmi 97,204,696 barel təşkil edib.

Kərkük yataqlarından Ceyhan limanı vasitəsilə ixrac edilən miqdar isə təxminən 2,363,020 barel olub.