İraqın Baş naziri İmam Rza (ə) hərəmini ziyarət edib

Rəsmi təmaslar üçün İrana gələn İraqın baş naziri Məhəmməd Şia əs-Sudani Məşhəd şəhərinə səfər edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İraqın baş naziri Məhəmməd Şiə əs-Sudani və onun rəhbərlik etdiyi nümayəndə heyəti Tehrandakı təmaslarından sonra İmam Rzanın (ə) hərəmini ziyarət edib.

Qeyd edək ki, İraqın baş naziri Sudani Tehrandakı təmasları çərçivəsində İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei, Seyid İbrahim Rəisi, parlamentin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb.