İraqda İŞİD-ə bağlı olan 16 terrorçu ələ keçirilib

İraqın beş əyalətində aparılan son günlərin əməliyyatlarında 16 terrorçu ələ keçirilib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İraqın Milli Təhlükəsizlik İdarəsi məlumat yayıb.

Bildirilib ki, son günlərdə ölkənin Diyala, Kərkük, Nineva, Səlahəddin və əl-Ənbar əyalətlərində əldə edilmiş məlumatlardan sonra keçirilən əməliyyatlar çərçivəsində ümumilikdə 16 terrorçu ələ keçirilib.

Onların hamısı İraq qanununu dördüncü maddəsi, yəni terrorla mübarizə qanununa əsasən həbs və məhkum edilirlər.

Məlumatda bildirilib ki, əhalinin əməkdaşlığı bu terrorçuların tez bir zamanda ələ keçirilməsinə kömək edib.