İranda yeni AES-in inşası start götürdü

İranda yeni atom elektrik stansiyasının inşası start götürüb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, 300 MVt gücündəki “Qarun” AES ölkənin cənub-qərbində yerləşən Xuzistan əyalətinin Darhoveyn şəhərində tikiləcək.

PWR (su-su nüvə reaktoru) tipli AES Qarun çayı rayonunda təxminən 50 hektar ərazidə inşa ediləcək.

PWR tipli AES-lər ən yayılmış AES-dir. Onlar istilikdaşıyıcısı və zəiflədici qismində yüngül sudan istifadə edir. Bu reaktorların yanacağı 4%-dək zənginləşdirilmiş uran oksididir.

Sözügedən AES-in inşası 8 ilə başa çatacaq.

Layihənin reallaşdırılmasına təxminən 2 milyard dollar sərf olunacaq.

“Qarun” AES bölgənin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq.