İranda nazir müavininə qarşı sui-qəsd həyata keçirilib

İranın Sənaye, Mədən və Ticarət nazirinin müavininə qarşı sui-qəsd həyata keçirilib. Nazir müavini xəstəxanaya yerləşdirilib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, nazir müavini Məhəmməd Mehdi Bəradəran ötən gün evinə qayıdarkən naməlum şəxs ya şəxslər tərəfindən hücuma məruz qalıb.

Soyuq silahlarla nazir müavininə edilən hücum nəticəsində o yaralanıb və xəstəxanaya yerləşdirilib.

Hücum edənlərin kimliyi hələ bəlli deyil.