İranda əhalini etiraza çağıran 9 nəfər həbs edilib

İranda əhalini etiraz aksiyalarına çağıran 9 nəfər həbs edilib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Rəsmi İRNA agentliyinin məlumatına görə, Fars əyalətinin prokuroru deyib ki, əhalini sosial şəbəkə vasitəsi ilə nümayişə çağıran xariclə əlaqəsi olan 9 nəfər saxlanılıb. Onların xarici dairələrdən təlimat aldığı bildirilir.

Prokurorluq saxlanılan şəxslərdən partlayıcı maddə götürüldüyünü də bildirib.