İran yığması Uelsi məğlub etdi

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində II tura start verilib. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, günün ilk matçında B qrupunda İran və Uels yığmaları üz-üzə gəliblər. 

Qarşılaşma Asiya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Britaniya təmsilçisinin qapıçısı Ueyn Hennessi 86-cı dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydanı tərk edib.

Görüşün 90+8-ci dəqiqəsində Ruzbe Çeşmi, 90+11-ci dəqiqəsində isə Ramin Rezaeianin vurduğu qollarla İran millisi qrupda ilk qələbəsini qazanıb.