İran və İraq arasında qaz sazişi

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, İraq Elektrik Nazirliyinin sözçüsü Əhməd Musa əl-Abadi ölkəsinin İrandan təbii qaz idxalını artırmağı hədəflədiyini açıqlayıb.

İraq Xəbər Agentliyinə (INA) danışan əl-Abadi, “Nazirlik olaraq, İrandan daha çox qaz idxal etmək üçün İranın Bağdaddakı səfiri və İranın Energetika Nazirliyi ilə dəfələrlə görüşmüşük və indi də buna hazırlaşırıq"- deyib. İraq rəsmisi baş nazir Məhəmməd Şiə əl-Sudaninin Tehrana səfəri zamanı İranın İraqa təbii qaz ixracının artırılması ilə bağlı razılığın əldə edildiyini açıqlayıb.

Xatırladaq ki, İraqın baş naziri Sudani rəsmi danışıqlar aparmaq üçün noyabrın 29-da Tehrana gəlib. Nazirliyin sözçüsü daha əvvəl bildirmişdi ki, İraq və İran arasında sutkada 50-70 milyon kubmetr qaz idxalı ilə bağlı danışıqlar aparılır. Keçən may ayında İranın İraqa təbii qaz ixracını sutkada 8 milyon kubmetrdən sutkada 30 milyon kubmetrə çatdırmaq üçün İranla bəzi razılaşmalar əldə edilib.