İran kəşfiyyatı üç əyalətdə silahlı hücumlar həyata keçirən daha 10 nəfəri həbs etdiyini bildirib

 İran kəşfiyyatı Kürdüstan, Tehran və İsfahan əyalətlərində silahlı hücum və təxribat törədən daha 10 nəfəri həbs etdiyini bildirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi bəyanat verib.

Bildirilib ki, qərargahları Albaniyada yerləşən “Münafiqin” (Xalq Mücahidləri) terror təşkilatına bağlı olan qrup zərərsizləşdirilib.

Əlavə edilib bu qrupun üzvləri Tehran, İsfahan və Kürdüstan əyalətlərində dövlət idarələri, təhlükəsizlik qurumlarının yerləşdiyi obyektləri, yaşayış binalarını və sair əl qumbaraları və hətta mərmilərlə hədəfə alıblar.

Onların ictimaiyyətdə xaos və qorxu yaratmaq üçün daha böyük planlarının üstü açılıb.

Qeyd edilib ki, bu şəxslərin olduğu yerlərdən tapancalar, əl qumbaralarının hazırlanması üçün mallar, molotov kokteyli, qumbaralar və hətta mərmilər belə aşkarlanaraq götürülüb.