İran diplomatı Bakıdakı əyləncə mərkəzində ağır xəsarət alıb

Bakının Xətai rayonunda əyləncə mərkəzində bədbəxt hadisə baş verib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, hadisə Afiyyədin Cəlilov 22 ünvanında yerləşən əyləncə mərkəzində qeydə alınıb.

İran vətəndaşı, 1972-ci il təvəllüdlü Hossein Yazdani suya baş vurmaq üçün hovuza atlanıb. Bu zaman onun başı hovuzun kənarına çırpılıb.

O, açıq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər diplomatın vəziyyətinin stabil olduğunu bildirir. Qeyd edək ki, H.Yazdani İranın Azərbaycanda səfirliyinin ikinci katibidir.