İran, Çin və Rusiyanın siyasi nümayəndə heyətləri Vyanada görüşüb

Operativtv.com İRNA- ya istinadən xəbər verir ki, Mixail Ulyanov Twitter hesabında İran, Çin və Rusiyanın siyasi nümayəndələri Vyanada görüşərək məsləhətləşmələr apardığını yazıb.

Rusiyanın Vyanadakı beynəlxalq qurumlardakı nümayəndəsi cümə axşamı səhər Tvitter səhifəsində İran, Çin və Rusiyanın siyasi nümayəndələrinin Vyanada keçirilən görüşləri barədə məlumat verən bir şəkil yerləşdirib. Ulyanov yazıb: “İran, Çin və Rusiya nümayəndə heyətləri ümumi maraq doğuran sahələr üzrə konstruktiv üçtərəfli məsləhətləşmələr aparıblar”.