İran Baş Prokurorundan hicab açıqlaması

Operativtv.com Rasthaber - ə istinadə xəbər verir ki, İranın Baş Prokuroru Məhəmməd Cəfər Müntəziri bildirib ki, Parlament və Rəyasət Heyəti yanında İnqilabi Ali Şura hicab məsələsi üzərində işləyir və nəticə tezliklə açıqlanacaq. Müəyyən tədbirlər çərçivəsində qərarın veriləcəyini deyən Müntəziri işlərin 15 günə qədər yekunlaşacağını bildirib. "Əxlaq polisi" kimi tanınan İrşad Patrullarına qarşı edilən tənqidləri qiymətləndirən, gənc qadının ölkədə "hicab qaydalarına əməl etmədiyi" səbəbiylə nəzarətə alındıqdan sonra ölümünə Müntəziri sözügedən polis bölməsinin izahını tələb edib. "Məhkəmə sistemi sosial təminat polisinin fəaliyyətini dayandırmağa çalışmır. Son hadisələrdən sonra təhlükəsizlik və mədəniyyət müəssisələri problemin ehtiyatlı həllini axtarırlar" - İranın baş prokuroru bildirib.

İranda hicab qaydalarına əməl etmədiyi səbəbilə saxlanılan Məhsa Əmininin polis nəzarətində ölməsindən sonra başlayan etirazlar, icbari hicab qanununun ləğvi və ya uzadılması tələblərini gündəmə gətirib. Xatırladaq ki, bu qanun 1979-cu ildən ölkədə həyata keçirilir. İki ay yarım davam edən və ölkədə hökumət əleyhinə ən uzun sürən etiraz aksiyalarından biri sayılan nümayişlərdən sonra İran administrasiyası məcburi hicab tətbiqindən imtina etməyi qəbul etməsə də, təftişlərin artdığı güman edilir. Hətta Prezidentin İctimai Kommunikasiyalar Mərkəzinin prezidenti Əhməd Salihi noyabrın 30-da İRNA-da dərc olunan bəyanatında “Cəmiyyətdə hicab azadlığı tələbləri hakimiyyətə çatdırılıb” ifadəsini də işlədib.