İran: ABŞ Qırmızı dənizdə saxladığımız qayıqların geri qaytarılmasını istəyir

 “Amerikalılar (vasitələrlə) bizlə təmas qurub, Qırmızı dənizdə saxladığımız qayıqların geri qaytarılmasını istəyirlər. Bundan sonra bölgələrə girmədən öncə ehtiyatlarını tutacaqlar.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu ölkə Ordusunun Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani deyib.

O, ötən günkü çıxışında qeyd edib ki, İran Dəniz Qüvvələri Qırmızı dənizdə bir sıra (sürücüsüz) qayıqları saxlayıb və daha sonra ABŞ tərəfi bu qayıqların qaytarılmasını istəyib.

İranlı admiral bu qayıqların əvvəlki qaydada azad sularda buraxıldığını bildirib.

Şəhram İrani əlavə edib ki, bu prosesdən sonra amerikalılar həmin bölgədəki sularda görünməyiblər.

İranlı admiral əlavə edib ki, onların Dəniz Qüvvələrinin patrul nəzarəti hal-hazırda (Yəmən sahilindəki) Babul-Məndibdə, Ərəb dənizi, Hind Okeanı və sair həssas bölgələrdə davam etdirilir.