İmam Əli (ə) ziyarətgahına bağlı su fabrikinin Ərbəin zəvvarlarına möhtəşəm xidməti

Bu il Ərbəin ziyarəti ilin ən isti yay günlərinə təsadüfi davam edir. Məlumatlara görə hal-hazırda İraqda, Ərbəin yürüşünün keçirildiyi məntəqədə havanın hərarəti 50 dərəcədən yüksəkdir. Bu isə zəvvarların suya olan ehtiyaclarını xüsusi olaraq artırır. Bu məsələnin həlli üçün İmam Əli (ə) ziyarətgahına bağlı su fabrikinin Ərbəin zəvvarlarına möhtəşəm xidməti bu ildə davam edir.

Belə ki, İmam Əli (ə) ziyarətgahına bağlı su fabriki tərəfindən hər gün 2.5 milyon litr filtrdən keçirilmiş su Ərbəin zəvvarlarına təqdim olunur və Ərbəin bitənədək bu davam edəcək.