İmam Əli (ə) ziyarətgahı Xanım Zəhranın (s.ə) əza günlərinə hazırlaşır

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Nəcəfdə İmam Əli (ə) ziyarətgahı Xanım Zəhranın (s.ə) əza günlərinə hazırlaşır.

Belə ki, Xanım Zəhranın (s.ə) şəhadət günləri münasibətilə ziyarətgah qara bayraqlar, parçalarla bəzədilməyə başlanıb.

Qeyd edək ki, Həzrət Zəhranın (s.ə) şəhadət gününün 3 ehtimalı var, bunlardan biri də Rəbiul Axır ayının 8-ci gününə təsadüf edir.