Hollandiya polisi Quranı təhqir etmək cəhdinin qarşısını alıb

Milliyyətçi Avropalılar” (Pegida) hərəkatı Hollandiyanın Rotterdam şəhərində keçirilən mitinqdə Qurani-Kərimin nüsxəsini yandırmağa cəhd göstərib.

Operativtv.com Shafaqna Türkiyə-yə istinadən xəbər verir ki, “Millətçi Avropalılar Qərbin İslamlaşmasına Qarşı” (Pegida) hərəkatı Hollandiyanın Rotterdam şəhərində keçirilən aksiyada Qurani-Kərimin nüsxəsini yandırmağa cəhd etsələr də buna nail ola bilməyib. Şəhər polisi onların bu hərəkətinin qarşısını alıb və onları həbs etməklə hərəkat rəhbərliyinə belə bir hərəkətə qarşı xəbərdar edib.