Həbsdə olan general Nizami Məmmədov müalicə müəssisəsinə yerləşdirilib

Müdafiə Nazirliyinin həbsdə olan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun səhhəti pisləşib.

Operativtv.com APA-ya istinadən əldə etdiyi xəbərə görə, general-mayor Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

O, hazırda həkim nəzarətindədir.

Məlumatı Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə təsdiq edib.

Vəkil cinayət işi üzrə ibtidai istintaqın davam etdiyini qeyd edib. Onun sözlərinə görə, bu günə qədər iş üzrə dövlətə dəymiş ziyanın əksər hissəsi ödənilib, qalan hissənin də ödənilməsi davam etdirilir.

Xatırladaq ki, general-mayor Nizami Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.