Hacı Surxay Əhmədov Mirşahinin söylədiklərinə etiraz etdi: “Dünya iki gündür, bir gün sənin leyhinə, digər gün isə əleyhinə”

İlahiyyatçı Hacı Surxay Əhmədov bu həftə etdiyi cümə xütbəsində REAL TV-də Əhli-beyt (ə) ünvanına səslənən aşağılayıcı ifadələrə münasibət bildirib. İlahiyyatçı İrana qarşı ritorik çıxış edən Mirşahin Ağayevin İmam Hüseyn (ə) və Əbəlfəzl Abbasın (s.ə.) adını hallandırmsına etiraz olaraq:  “Adam dinini kiminsə istəkləri üçün təhqir edib onu satmaz. Gün gələcək bu təhqiri səndən istəyənlər olmayacaq, ancaq sən məzarda tək məhz bu təhqirin üçün sorğu-sual olunacaqsan. Sən təhqir edə bilərsən, ancaq bir gün bu əməlinə görə məzarda mühakimə olunacaq tənha bir günlə mütləq üzləşəcəksən. Allah məzarda hər kəsdən imamının kim olmasını soruşacaq. O zaman bu suala hansı üzlə cavab verəcəyini düşün! İnsan heç bir halda əqidəsini dünyaya satmamalıdır. Pul və dünya insanın münafiq olmasına dəyməz. Pul da, dünyada müvəqqətidir. İnsan unutmamalıdır ki, dünya iki gündür, bir gün sənin leyhinə, digər gün isə əleyhinə.”-deyə bildirib.