Gültəkin Hacıbəyli sərbəst buraxılsa da, barəsində şikayət qüvvəsindədir

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bu gecə xaricdən ölkəyə qayıdarkən Bakı hava limanında saxlanılmışdı. Operativtv.com Azadlıq qəzetinə istinadən xəbər verir ki, məlumatı G. Hacıbəyli bildirib. Gültəkin xanım, ona qarşı bu ilin oktyabrın 27-dən CM-nin  147.2  maddəsi ilə, xüsusi ittiham qaydasında cinayət işi açıldığını deyib. Vəkili Bəhruz Bayramovun bildirdiyinə görə Hacıbayliyə qarşı şikayət əsasında ona qarşı cinayət işi açılıb. Lakin bu barədə Gültəkin xanım nə şifahi, nə də yazılı xəbərdarlıq almadığı üçün hadisədən xəbərsiz olub. Hakim isə bu xəbərsizliyi işə əhəmiyyətsiz yanaşma kimi qeyd edərək onu barəsində axtarış elan edib.

Son məlumatlara görə Gültəkin Hacıbəyli barəsində Nəsimi rayon məhkəməsinin həbsli axtarış qərarı ləğv edildərək Gültəkin xanım sərbəst buraxılıb. Lakin barəsində verilmiş şikayət qüvvədədir.